PSJ Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə oyuna itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı Markinyos sabah baş tutacaq qarşılaşmanı buraxacaq. Bu barədə baş məşqçi Maurisio Poçettino məlumat verib. Argentinalı mütəxəssis, Markinyosun ehtiyat heyətdə olacağını açıqlayıb.

Bundan əlavə, bu gün baş tutan məşq toplanışında Alessandro Florentsi və Markos Veratti iştirak edib. Bu futbolçuların "Bavariya" ilə oyuna çıxacaqları gözlənilir.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşlaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.