PSJ klubunun futbolçusu Marko Verratti UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə keçiriləcək oyunları buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb italiyalı yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır.
Qeyd edək ki, PSJ ilə "Bavariya" arasında ilk görüş aprelin 7-i, cavab qarşılaşması isə aprelin 13-ü keçiriləcək.