Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, namizədlər arasında Sadio Mane ("Liverpul") və Keylor Navas ("Real") yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
Qeyd edək ki, S.Mane "Roma"ya qarşı matçda bir qol vurub, K.Navas isə "Bavariya" ilə görüşdə 6 seyv edib.