Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun baş tutub.

Offsideplus.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubu Portuqaliyada "Portu" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin digər görüşü İspaniyada baş tutub. Almaniyanın "Borussiya" (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın qonağı olub. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə sona çatıb.