Cüneyt Çakır UEFA-dan daha bir mühüm təyinat alıb.
Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, təcrübəli referi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu olan “Real” - “Bavariya” görüşündə ədaləti qoruyacaq. Çakıra Bahattin Duran, Tarık Ongun, Hüseyin Göçek, Barış Şimşek və Mustafa Eyisoy (dördüncü hakim) kömək edəcək.
Qeyd edək ki, oyun mayın 1-də Madriddə, Bakı vaxtı ilə 22:45-də başlayacaq.