Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, namizədlər arasında Məhəmməd Salah ("Liverpul") və  Marselo ("Real") yer alıb. Azarkeşlərin səsverməsindən sonra ən yaxşı oyunçu bəlli olacaq.

Qeyd edək ki, Salah "Roma"ya qarşı matçda 2 qol və 2 assistlə yadda qalıb. Marselo isə "Bavariya" ilə görüşdə komandasının ilk qolunu vurub.