UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçına yeni hakimlər briqadası təyin edilib.

Offsideplus.az xəbər verir ki, niderlandlı referi Danni Makkeli matçın yeni baş hakimi təyin edilib.

Makkeliyə həmyerlisi Mario Diks və polyak Marsin Bonek kömək edəcəklər. Qarşılaşmaya dördüncü hakimi Polşadan Bartoş Frankovski təyin olunub. Baş hakimin VAR üzrə köməkçiləri Marko Di Bello və Maurisio Marianidir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı təxirə salınıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.

makkelie e1573037534388 1280x720