Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Haland Çempionlar Liqasının IV turunda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib.

Offsideplus.az xəbər verir ki, bununla da 20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub.

Norveçli forvard turnirdəki 12 oyunda 16 qol vurub. 

Qeyd edək ki, turnirdə Kriştiano Ronaldo 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.