UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun "Midtüllan" (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu baş tutmaya bilər.
Offsideplus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Danimarkada koronavirusun yeni növünün aşkarlanmasıdır. Mersisaydlılar sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdırlar. Bu isə komandanın planlarına uyğun gəlmir.
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da keçirilməlidir.