Çempionlar Liqasında qrup mərhələsinin açılış turunda "Zenit" Sankt-Peterburqda "Brügge"yə məğlub oldu - 1:2.
Çoxları üçün gözlənilməz olan bu hesab meydan sahiblərinin futbolçularının də təəccübünə səbəb olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "Zenit"in kapitanı Artyom Dzyuba UEFA-nın rəsmi saytına açıqlama verib: "Çempionlar Liqasında çıxış edirsənsə, oyun 20-25 dəqiqədən ibarət olmamalıdır. Rəqib hesabı açana qədər sanki "yatmışdıq". Qol vurulandan sonra "ayıldıq". Rəqib qələbəyə layiq idi, ya yox - bunu demək mənim işim deyil. Məncə, oyun heç-heçəlik idi. Bu məğlubiyyət bizi növbəti qarşılaşmalarda daha yaxşı çıxış etməyə məcbur edəcək. Biz ruslar uğursuz başlanğıca öyrəncəliyik. Özümüzü problem yaradırıq, sonra aradan qaldırmağa çalışırıq".