Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçiriləcək oyuna azarkeşsiz təşkil. olunacaq

Offsideplus.az xəbər verir ki, bu, Fransanın İl-de-Frans regionunda komendant saatı tətbiq etməsi ilə əlaqədardır.
Fransa rəhbərliyinin imzaladığı sərəncama əsasən, saat 21:00-dan səhər saat 6:00-dək küçələrə çıxmaq və stadionlara getmək qadağandır.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək PSJ - "Mançester Yunayted" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.