Bundesliqa nəhəngi "Dortmund" klubu Çempionlar Liqasında ən gənc futbolçunu təqdim etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Borussiya Dortmund"un 15 yaşlı oyunçusu Yussufa Mukoko beynəlxalq turnirin ən gənc futbolçusu olmağın bir addımlığındadır. UEFA-ya təqdim edilən iştirak ərizəsində adı olmasa da, klub rəhbərliyi Mukokonun adını B siyahısına salmağı düşünür.
Qaydalara görə 16 yaşdan aşağı futbolçuların adını iştirak ərizəsinə yazdırmaq olmaq. Lakin əslən kamerunlu futbolçu bu ilin noyabrında 16 yaşına keçəcək.
Qeyd edək ki, Çempionlar Liqasındakı ən gənc futbolçu rekordu 16 il 87 gün ilə Selestin Babaryoya aiddir.