Çempionlar Liqasnın 1/4 finalında iki oyunun nəticəsinə əsasən “Real”a uduzaraq (3:1, 0:3) mübarizəni dayandıran “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri cavab oyunu barədə fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis final fitinə 30 saniyə qalmış penaltidən buraxılan qolla mübarizəni dayandırmalarının kədərli olduğunu deyib:
“Penalti idi, ya yox, deyə bilmərəm. Lakin matçın bitməsinə 30 saniyə qalmış penaltidən buraxılan topla mübarizəni dayandırmaq kədərlidi. Ağzımızda acı bir dad qaldı.
Turində keçirilən ilk matç xəta idi, 0:3 hesabı oyuna görə deyildi.
Artıq çempionata köklənməli və çempion olmalıyıq. Bu oyun bizi daha da güclü etməlidi”.