Çempionlar Liqasının başa çatması ilə 2019-20 mövsümünün rəmzi komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında qarşılaşdığı bütün komandaları məğlub etdiyi üçün Hans Flikin heyəti simvolik komandada dominantlıq edir. Belə ki, nə Ronaldonun, nə də Messinin olduğu rəmzi heyətdə "Bavariya"dan 8, PSJ, "Leyptsiq" və "Borussiya"dan isə bir futbolçu var.
Çempionlar Liqası 2019-20 mövsümünün rəmzi heyəti:
Manuel Noyer ("Bavariya"), Josua Kimmix (“Bavariya”), David Alaba (“Bavariya”), Dayo Upamekano (“Leypsiq”), Alfonso Devis (“Bavariya”), Serj Qnabri (“Bavariya”), Tiaqo Alkantara (“Bavariya”), Tomas Müller (“Bavariya”) Erlinq Holland (“Borussiya”), Robert Levandovski (“Bavariya”), Neymar (PSJ).