Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi üzrə PAOK klubu Türkiyə "Beşiktaş"ını qəbul edəcək. 

Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın yeniləməyə davam etdiyi heyəti ilə oyuna çıxacaq. Keçən mövsüm bitmədən komandadan ayrılan qapıçı Loris Kariusu Ersin Destanoğlu əvəz edəcək. "Beşiktaş"ın yeni transferləri Fabrik N`Skala, Velinton, Bernard Mensa oynayacaqları halda "Beşiktaş"da ilk matçlarına çıxacaqlar.

PAOK: Pasxalakis, Varela, Krespo, İnqason, Limnios, Əl-Kadduri, Şvab, Yannulis, Bisesvar, Akpom, Sviderski

"Beşiktaş": Ersin, Lens, Vida, Velinton, N`Skala, Atiba, Necip, Mensa, Boyd, N`Kudou, Larin