Almaniyanın “Leyptsiq” klubu UEFA Çempionlar Liqasında 1/4 final mərhələsində İspaniyanın “Atletiko” klubunu 2-1 hesabı ilə üstələyərək tarixində ilk dəfə turnirin yarımfinalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, ilk hissəsi qolsuz bərabərliklə başa çatan qarşılaşmada hesab 50-ci dəqiqədə açılıb. Daniol Olmonun fərqləndiyi qol epizodunda komandasının paslaşması diqqət çəkib. Olmo qol vuranadək "Leyptziq" futbolçuları öz aralarında ardıcıl 18 ötürmə ediblər. Oyunçular ötürmələri stadionun rəqib komandaya məxsus hissəsində 100 % dəqiqliklə yerinə yetiriblər.

Həmin qol epizodunu təqdim edirik: