"Üç cəbhədə - A Seriyası, İtaliya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdiririk. Hər 3 turnirdə yaxşı çıxış etməyə çalışırıq. Bu, hamı üçün qürur mənbəyi olmalıdır".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri deyib.

İtaliya mətbuatına danışan mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün "Real"la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb:

"Çempionlar Liqasının ən güclü klublarından biri ilə qarşılaşacağıq. Bu oyunda yaxşı top fərqi ilə qalib gəlməliyik. Əsas hədəfimiz Çempionlar Liqasını qazanmaqdır. Ona görə də hər iki oyunda səhv buraxmamalıyıq".

İtaliyalı mütəxəssis Çempionların Liqasının favoritlərinin adlarını da çəkib:

"1/4 finalda hər zaman güclü komandalara qarşı oynayırıq. Bu il "Real", "Barselona", "Bavariya" və "Mançester Siti" titulu qazanmağa əsas namizəddirlər. Ona görə də hədəfə çatmaq üçün yaxşı oynayıb, mümkün olan hər şeyi etməliyik".

Qeyd edək ki, bu gün keçiriləcək "Yuventus"- "Real" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.