UEFA Çempionlar Liqası (ÇL)Avropa Liqasının (AL) oyunlarını dayandırıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar - ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.