Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Napoli" doğma meydanda "Barselona" ilə heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, neapolluların yeganə qoluna Dris Mertens imza atıb. Hücumçu bununla da "Napoli"nin heyətində 121-ci qolunu vurub. Belçikalı forvard bu nəticə ilə klub tarixinin ən çox fərqlənən futbolçusu Marek Hamşikə çatıb. Slovakiyalı yarımmüdafiəçi də "Napoli"nin heyətində 121 qol vurmağı bacarıb. Üçüncü pillədə isə 115 qolla Dieqo Armando Maradona yer alıb.
Qeyd edək ki, Mertens 121 qolu ümumilikdə 310 qarşılaşmada vurmağı bacarıb.