"Yuventus"un müdafiəçisi Corco Kyellini Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenham" üzərində qazanılan qələbə (2:1) ilə bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:
"Biz hələ ilk oyundan öncə işimizin çətin olduğunu bilirdik. Amma komanda qələbəyə inanırdı. "Tottenham"də yaxşı oyunçuların çıxış etdiyindən xəbərimiz vardı. Amma onlar hər oyunda onların qapısı önündə təhlükəli vəziyyətlər yaranr.
Onlar çox qol epizodu yaratdı. Lakin "Tottenham"də yenə nəsə çatışmadı. Bu, tarixən belə olub. Biz ənənələrə inanırıq. "Real" və PSG arasında oyunda tarix, təcrübənin nə dərəcədə əhəmiyyətli olduğu özünü göstərdi".