Araz" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. 

Offsideplus.az-ın məlumatına görə, rəqib Portuqaliya “Benfika”sı olacaq. 

İlk turda "Araz" Belçikanın "Halle Qooik" komandasına 1:5 hesabı ilə uduzub. "Benfika" isə Ukrayna "Xerson"u ilə heç-heçə edib - 1:1. 

10 oktyabr

Çempionlar Liqası

2-ci qrup

19:30. “Araz” (Azərbaycan) - “Benfika” (Portuqaliya)

Halle şəhəri. "De Bres Arena". 

Hakimlər: Damian Jaruçeviç (Polşa), Moşe Bohbot (İsrail), Nikola Jeliç (Xorvatiya),

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopes-Anduxar Alonso (İspaniya)