Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində keçiriləcək “Çelsi” – “Barselona” oyununu idarə edəcək.

Çakıra Bahəttin Duran və Tarik Engün kömək edəcək. Barış Şimşək və Hüseyn Geçek isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı fevralın 20-də keçiriləcək.