UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Offsideplus.az məlumatına görə, bu ada İngiltərə "Tottenhem"inin oyunçusu Lukas Moura layiq görülüb. O, Hollandiyada "Ayaks"ı 3:2 (ilk oyun - 0:1 ) hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə "het-trik" edib.

Qeyd edək ki, "Tottenhem" Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi "Liverpul"la üz-üzə gələcək.