UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri başa çatıb.

Offsideplus.az-ın məlumatına görə, "Ayaks" Hollandiyada İtaliya "Yuventus"unu qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 45-ci dəqiqədə qonaq komandadan Kriştiano Ronaldo fərqlənsə də, ikinci hissə başlayan kimi David Neres bərabərlik qolunu vurub. Beləliklə, ikinci oyun günü qonaqlar üçün sərfəli hesablarla başa çatıb.