UEFA İntizam Komitəsinin "Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə bağlı qərarı bəlli olub.
Offsideplus.az xəbər verir ki, qurum Çempionlar Liqasının qrup mərhələsinin 1/8 final mərhələsinin "Yuventus"la ilk oyununda (2:0) etdiyi qeyri-etik jestə görə argetninalı mütəxəssisi cəzalandırmayıb. UEFA 48 yaşlı çalışdırıcını 20 min avro məbləğində cərimələməklə kifayətlənib.
Qeyd edək ki, Simeone "Yuventus"un qapısına vurulan ilk qolun sevincini qeyri-etik şəkildə qeyd etmişdi.