"Liverpul"un futbolçusu Deyan Lovren Çempionlar Liqasının 1/8 finalında  "Bavariya" ilə ilk oyunu buraxacaq.

Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəli olmasıdır. Xorvat  müdafiəçinin sözügedən görüşə kimi hazır olmayacağı dəqiqləşib.

Qeyd  edək ki, "Bavariya" - "Liverpul" görüşü bu gün keçiriləcək.