“Roma” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Portu”nu 2:1 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdə romalıların hər iki qolunun müəllifi olan Nikolo Zaniolo, Çempionlar Liqası tarixinə düşüb. 

Belə ki, 19 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində qol vuran ən gənc ikinci italyan futbolçu olub. ÇL-də fərqlənən ən gənc italiyalı isə Mario Balotellidir.

Zaniolo həm də, Çempionlar Liqasında bir oyunda iki qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.

“Portu” ilə “Roma” arasındakı cavab matçı martın 6-da keçiriləcək.