“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Valensiya” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib. 

Offsideplus.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən italiyalı mütəxəssis, bu mövsüm ÇL-in favoritinin “Barselona” olduğunu deyib:

“Hər mövsüm favoritlər “Barselona” və “Real” olur. Ötən il qalibin “Real” olacağını düşünürdüm və onlar da oldu. İndi isə “Barselona”nın favorit olduğunu düşünürəm. Ümid edirəm ki, bu dəfə səhv edərəm və qalib biz olarıq”.

“Yuventus” - “Valensiya” matçı bu gün, saat 00:00-da start götürəcək.(komanda.az)