"Çelsi" Antonio Kontenin mümkün gedişindən sonra komandanın sükanı arxasına gətirmək istədiyi Luis Enrikedən imtina edə bilər.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin maliyyə tələblərini qarşılamaqda çətinlik çəkən London klubu xüsusilə məvacib məsələsində onunla ortaq məxrəcə gələ bilmir.
“Zadəganlar” klub rəhbərliyindən “Barselona”da qazandığı məbləği (18,7 milyon avro) tələb edən Enrikeyə bu qədər pul vermək niyyətində deyil. Əgər tərərflər razılığa gələ bilməsələr, “Çelsi” digər namizədlərlə maraqlanmağa başlayacaq.
Qeyd edək ki, “Çelsi”də illik 9,5 milyon funt-sterlinq maaş alan Konte klub tarixinin ən çox qazanan baş məşqçisidir.