Napoli Çempionlar Liqasının 3-cü turunda PSG ilə bərabərə qalıb-2:2.
Offsideplus.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Karlo Ançelotti nəticəyə görə əsəbləşdiyini bildirib:
“Napoli qələbənin bir addımlığında idi. Oyunumuz məni qane etdi. 93-cü dəqiqədə qol buraxmağımıza əsəbləşirəm. Di Mariya lap sonda topu qapıya göndərdi. Belə hallar ustalığı ilə seçilən komandalarla oyunlarda baş verir. Di Marianı çox istəyirəm. Amma topu kənara göndərsəydi, ona olan sevgim daha artardı. Növbəti oyun pley-off mərhələsinə çıxmaq baxımından əhəmiyyətli olacaq. Evdə oynayacağıq. Bu, bizə qismən üstünlük verəcək".