"Mançester Siti"nin hücumçusu Erlinq Haaland keçirdiyi son 100 oyunda 115 məhsuldar hərəkətlə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı forvard təkcə bu mövsüm İngiltərə Premyer Liqasında 9 qol vurub və 1 qolun ötürməsini verib.

Haaland ümumilikdə son 100 görüşündə 96 qola və 19 qol ötürməsinə imza atıb.

Erlinq Haaland “Mançester Siti”yə 2022-ci ilin yayında “Borussiya”dan keçib. Norveçli forvard debüt mövsümündə Premyer Liqanı, FA Kubokunu və Çempionlar Liqasını qazanıb.