"Qarabağ" klubunun prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferenstvaroş"la oyun öncəsi baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, klub rəhbəri vacib oyunda komandaya inandığını bildirib və uğurlar arzulayıb.

Xatırladaq ki, Budapeştdə keçiriləcək görüş Bakı vaxtı il saat 22:00-da başlayacaq. İlk qarşılaşmada 1:1 hesabıyla bitib.