Çempionlar Liqasının İstanbuldakı "Atatürk Olimpiyat" stadionunda baş tutacaq finalına hansı sayda azarkeşin buraxılacağı cavabsız sual olaraq qalmaqdadır.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, təşkilatçılar arenada 12 min azarkeşin yer almasını götür-qoy edir. İlkin mərhələ üçün 9 min düşünülüb. Klublar təhlükəsizliyə zəmanət versələr, say 12 minə qədər artırıla bilər. Məsələ ilə bağlı günlərdə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, mayın 29-da "Mançester Siti" ilə "Çelsi" Avropanın bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.