Mayın 26-da  baş tutacaq UEFA Çempionlar Liqasının finalında məşhur ingilis müğənni Dua Lipa səhnə alacaq.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ukraynanın paytatxı Kiyev şəhərində keçiriləcək "Liverpul" - "Real" finalının açılış mərasimində məşhur müğənni azarkeşlərin önünə çıxacaq. 

Qeyd edək ki, Dua Lipa aprelin 29-da Formula 1 üzrə Bakı qran-prisinin açılış mərasimində də iştirak etmişdi.

dua lipa