"Bu cür oyunlarda böyük səhvlər etməməliyik. Ancaq biz hər iki görüşdə bunu etdik. Məncə, iki matçda da "Real"dan daha yaxşı idik. Amma kiçik nüansalar nəticəyə təsir etdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında "Real"la cavab oyunundan (2:2) sonra deyib.

O, epizodların birində Marselonun əli ilə oynadığını bildirib:

"Epizod 100 faiz penalti idi. Amma bu haqda çox danışmayacam. Çox epizoddan istifadə etmədik. Buna görə hakimdən şikayət etməyəcəm və sızıldamayacam. Uzun müddətdir "Bavariya"nın bu qədər yaxşı oynadığını görməmişdim. "Real" ancaq sürətli hücumlarla yadda qaldı. Matçın ulduzu Navas idi".

72 yaşlı mütəxəssis komandanın qapıçısı Ulrayxın kobud səhvi barədə də danışıb

"Ulrayx özünü itirdi. O, bir anlıq bilmədi ki, topu  əli ilə götürə bilərmi.  Daha sonra əsəbiləşdi. Benzema isə həmin epizoddan istifadə edərək qol vurdu.  Bu, xoşagəlməz an oldu. Ancaq Ulrayx ümumilikdə yaxşı oynadı."

Y.Haynkes bu görüşün ÇL-də son matçı olduğunu söyləyib:

"Daha məşqçilik etməyəcəm. Karyeramın bu cür bitməsinə təəssüflənirəm. Bu qərarı 72 yaşımda verəcəyimi heç düşünməzim. Çünki 2013-də oynadığımız Çempionlar Liqasının finalının son oyunum olduğunu düşünmüşdüm. Geri qayıdacağım heç vaxt düşünməzdim".