PSJ-nin prezidenti Nasser Əl-Xelafi zəmanət verib ki, klub Çempionlar Liqasında qalib gələcək. 

 Offsideplus.az xəbər verir ki, Əl-Xelafi klubun məyus olduğunu, buna baxmayaraq PSJ-nin finalda çıxış etməsinin son olmayacağını bildirib.

"Üzgünük. Amma unutmuruq ki, bu mövsüm böyük işlər gördük. Finalda 1:0 məğlub olduq, lakin iki və ya üç qol vura bilərdik. Qələbəyə çox yaxın idik. Oyunçularımla qürur duyuram, yaxşı mövsüm, yaxşı turnir keçirdik. Qalib gəlmək üçün hər şeyə sahib idik, amma bu futboldur".

"Gələn mövsüm qazanmaq üçün mübarizə aparacağıq. Bu gecədən sonra buna daha çox inanırıq. Söz verirəm ki, Çempionlar Liqasında qalib gələcəyik", - deyə PSJ-nin prezidenti bildirib.