UEFA qarşıdakı üç ildə Çempionlar Liqasının hansı şəhərlərdə keçiriləcəyini dəqiqləşdirib.
Offsideplus.az xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb. İlk dəfə olaraq qitəninin ali futbol qurumu dalbadal üç finalın təşkil olunacağı şəhərlərlə bağlı qərar verəcək.
UEFA-dakı mənbə bildirib ki, 2021-ci ildə finala namizəd şəhərlər Sankt-Peterburq və Münhen olsa da, üstünlük Rusiya şəhərinə veriləcək. 2022-ci ilin finalı isə Münhendə təşkil olunacaq. 2023-cü ildə isə ÇL-in həlledici görüşü Londonun “Uembli” stadionunda keçiriləcək.
Sentyabrın 24-ü UEFA İcraiyyə Komitəsinin iclasında bu qərarı təsdiqləyəcəyi bildirilib.