"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının favoritləri ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis fikirlərini belə ifadə edib:
"Çempionlar Liqasında favorit varsa, o da "Barselona"dır. Onlara qarşı final oynamaq? Bunun reallaşması üçün hara imza atmalıyıq? (gülür)
İngilis klubları bir-birilərinə rəqib olmaq istəməzdilər. Ancaq bu, püşkatmadı, təxmin etmək olmur. "Siti" daim qələbə qazanmaq məcburiyyətində olan komandalardandı. Bu, Pepin gəlişi ilə əlaqədar deyil. Mançini və Pelleqrininin dönəmində də belə idi.
Yeni stadionumuzun yardımını arxamıza alacağıq. 62 min insan bizə əlavə enerji verəcək. Sürpriz edə biləcəyimizdən əminəm.
"Mançester Yunayted"? Son illərdəki komanda böyük qələbələr naminə formalaşdırılıb. Təbii ki, onların müəyyən səviyyəsi var, ancaq mənə elə gəlir ki, "Barselona" 1-2 addım daha öndədir".(sport7.az)