Futbolçuların transferləri barədə əsassız xəbərlər hər zaman müşahidə olunsa da, son günlərdə "Bavariya”nın hücumçusu Robert Levandovski haqqında fərqli məlumat diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda polşalı futbolçunun Hitlerin kiçik bacısının nəvəsi olduğu iddia olunub.  Bu məlumat sosial şəbəkələrdə sürətlə yayılıb.
Vəziyyət ciddiləşdiyi üçün Levandovskinin şəcərəsi haqda məlumat yayılıb və bildirilib ki, onun valideynləri polyakdır.
Futbolçu özü isə yalan məlumata şərh vermək istəmədiyini deyib.
Hitlerin kiçik bacısı Paula isə 1960-cı ildə ölüb və övladı olmayıb. 
 
DID YOU KNOW?! BILL LEWANDOWSKI WAS THE GRANDSON OF HITLER'S ...