“Sauthempton” klubu hücumçusu Şeyn Lonqla müqavilə yeniləyib.

 
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı irlandiyalı futbolçu ilə anlaşmanın müddətini daha 2 il uzadıb.
 
Yeni müqaviləyə əsasən Şeyn 2021/22 mövsümünün sonuna qədər “Sauthempton”da oynamağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.