UFC prezidenti Deyna Uayt, Konor Makqreqor və Maykl Çendler arasında planlaşdırılan döyüşün ləğv edildiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, irlandiyalı döyüşçü zədə səbəbindən üç illik fasilədən sonra ilk dəfə oktaqona çıxmayacaq. Döyüş UFC 303-də baş tutmalı idi, lakin turnirə iki həftə qalmış irlandiyalı zədə səbəbindən döyüşü tərk etdi.

Maykl Çendler isə artıq yeni rəqib tapıb - noyabrın 17-də UFC 309-da braziliyalı Çarlz Oliveira ilə revanş döyüşü keçirəcək.