İordaniyanın paytaxtı Amman şəhərində 17 yaşadək güləşçilərin Dünya Çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, 51 kq çəkidə yunan-roma güləşçimiz Turan Daşdəmirov finalda qırğızıstanlı Kutman Kalbayev ilə qarşılaşıb. 

Rəqibinə 5-3 hesabla qalib gələn təmsilçimiz bununla da ikinci dəfə dünya çempionu adını qazanıb. 

Qeyd edək ki, Turan Daşdəmirov həmçinin 2 dəfə Avropa çempionu olub.