İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında millimiz daha bir uğur əldə edib.
Offsideplus.az xəbər verir ki, mundialın üçüncü günündə qız güləşçilər xalçaya çıxıblar.
Yekunda təmsilçilərimizdən biri yarımfinala adlayıb. 49 kq-da yarışan Esra Məmmədli qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Utaha Yui ilə qarşılaşacaq.