Paris-2024 Yay Olimpiya Oyunlarında badminton yarışlarına start verilib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Keişa Fatimə Zəhra da ilk matçına çıxıb. 

İdmançımız Olimpiadaya məğlubiyyətlə start verib. Badmintonçumuz növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.

27 iyul

Badminton, qadınlar

Qrup mərhələsi, N qrupu

10:30. Keişa Fatimə Zəhra - Bing Jiao He (Çin) - 0:2 (8:21, 7:21)

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq.