Qazaxıstanın Almatı şəhərində karatenin kyokuşin-kan növü üzrə keçirilən dünya çempionatında azərbaycanlı idmançı Nəzrin Hacıyeva qızıl medal sahibi olub.

Offsideplus.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi hamıdan güclü olub.

65 kq çəki dərəcəsində çıxış edən digər azərbaycanlı idmançı Cəmil Kazımlı isə bürünc medal qazanıb.