Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda 7 medal əldə ediblər.
Offsideplus.az xəbər verir ki, Asiman Qurbanlı və Mədinə Sadıqova "Moskva Vselennaya" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız həlledici döyüşdə məğlub olan Rafiz Həsənov gümüş medal əldə edib.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə yarışı üçüncü pillədə başa vurublar.
Turnirdə 27 ölkədən 331 karateçi mübarizə aparıb.