Azərbaycanın yunan-Roma güləşçilərinin Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatındakı rəqibləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu gün püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri bəlli olub.
55 kq
1/8 final
Eldəniz Əzizli – Tayqa Onişi (Yaponiya)
60 kq
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)
63 kq
1/8 final
Murad Məmmədov – Xavyer Conson (ABŞ)/Vikram Kurade (UWW)
67 kq
1/16 final
Həsrət Cəfərov – Edson Qutyer (Meksika)
72 kq
1/8 final
Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)
77 kq
Təsnifat mərhələsi
Sənan Süleymanov – Conni Sarkkinen (Finlandiya)
82 kq
1/8 final
Rafiq Hüseynov – Erik Şilvassi (Macarıstan)/Bojo Starçeviç (Xorvatiya)
87 kq
Təsnifat mərhələsi
İslam Abbasov – Viorel Burduya (Moldova)
97 kq
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)
130 kq
Təsnifat mərhələsi
Beka Kandelaki – Yakobi Kajaya (Gürcüstan)
Qeyd edək ki, sabah 55, 77, 82 və 130 kq-da yer alan güləşçilər mübarizə aparacaq.
Xatırladaq ki, DÇ Paris-2024-ə lisenziya xarakteri daşıyır.