Yunan-Roma güləşçimiz Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Avropa çempionatında qızıl medal əldə edib.

 72 kq-da çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə qarşılaşıb.

Görüş 7:7 hesabı ilə başa çatsa da, xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.