Böyüklərdən ibarət sambo yığmamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib.

Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.