Qadın güləşçimiz Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 50 kq-dakı səkkizqat qitə çempionumuz həlledici qarşılaşmada Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl 2 dəfə dünya çempionu olan 34 yaşlı idmançı Olimpiya Oyunlarında 2 gümüş, 2 bürünc medal qazanıb.
Bu gün həmçinin, bürünc medal görüşlərində Elnurə Məmmədova (55 kq) Katarjina Kravçiklə (Polşa), Alyona Kolesnik (59 kq) Sandra Paruşevski (Almaniya) ilə görüşəcəklər.